|
Ağ libası ilə paparazzilərin hədəfində

Türkiyəli aktrisa və müğənni Gökçe Bahadır alış-veriş edərkən görüntülənib.

 

Axşam.az xəbər verir ki, ticarət mərkəzlərinin birində obyektivlərə tuş gələn ifaçının başdan ayağa ağ geyinməsi diqqət çəkib.

O, kameralara gülümsəyərək poz verib.

Qeyd edək ki, sənətçi sonuncu dəfə “Ufak tefek cinayetler” serialında rol alıb. Daha sonra isə albom çıxararaq, müğənniliyə başlayıb.