| Xəbər 389 dəfə oxunub
"Beşiktaş" ABŞ millisinin üzvünü transfer etdi

İstanbul klubu Portuqaliyanın "Vitoriya" klubundan Tayler Bondu transfer edib.

Trend-in məlumatına görə, Bondun transferi "ağ-qaralar"a 2,5 milyon avroya başa gəlib. Amerikalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bundan sonra Taylerin illik maaşı 1,1 milyon avro olacaq.

Xatırladaq ki, ABŞ millisin üzvü ötən mövsümün ikinci yarısını "Ankaragücü"ndə keçirib. 24 yaşlı cinah futbolçusu 14 oyunda 6 qol vurub, 4 assist edib.