| Xəbər 1251 dəfə oxunub
Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel çoxdur.