| Xəbər 681 dəfə oxunub
Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda küçədə sürücülər arasında dava olub.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində "Bizim market"in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.