| Xəbər 889 dəfə oxunub
Xaçmazda məktəbin həyətində kişi meyiti tapılıb

Xaçmazda orta məktəbin həyətində kişi meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ölən şəxsin Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Bağırov Rafiq Mustafa oğlu olduğu müəyyənləşib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlamətləri müşahidə olunmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.