| Xəbər 562 dəfə oxunub
Bakıda 24 yaşlı oğlan küçədə ürəyindən bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində baş verib. Qəsəbənin F.Ağazadə küçəsi ev 3-də yaşayan, 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qənbər oğlu gecə saatlarında qəsəbədəki "Neto" marketin qarşısında naməlum şəxslə qarşılaşıb. Həmin şəxs M.Məmişovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə çatdırılıb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.