|
"Türkiyə Gənclik Ödülləri" Azərbaycanda keçiriləcək

Türkiyənin ən prestijli mükafatlandırma mərasimlərindən biri olan "Türkiyə Gənclik Ödülləri" Caspian Events Group tərəfindən ölkəmizdə təşkil olunacaq. Lahiyə zamanı Türkiyə Gənclik ödül törəninin bütün konsepsiyası qorunmaqla "Azərbaycan Gənclik Ödülləri" adı altında keçiriləcək.

Trend-in məlumatına görə, seçimlər sosial sorğu, təşkilatı komitə tərəfindən aparılan araşdırma və juri heyəti tərəfindən təyin olunacaq.

Sosial sorğu zamanı seçilən kateqoriyalar sayt və rəsmi sosial hesablardan səs verməyə çixarılacaq ən çox səs toplamış şəxslər qalib elan olunacaq.

Təşkilati komitə və juri heyəti aparacaqları araşdırmalar zamanı öz seçimlərini təyin edəcəklər.

Tədbir zamanı öz sahəsində uğur qazanmaqda olan gənclərin tanıtımı üçün də zaman ayırılacaq.

Mükafata layiq görülənlərin bir hissəsi Dünya Gənclik ödüllərində iştirak etmək hüququ əldə edəcək.

 

Qeyd edək ki təşkilati komitə tərəfindən artıq "Azərbaycan Gənclik Ödüllərinin” seçimlərinə start verilib.

“Azərbaycan Gənclik ödüllərinin” milli direktoru Tural Ələkbərov, icraçı direktoru İlmirzə Agabəyovdur.