| Xəbər 521 dəfə oxunub
ABŞ-da neft ehtiyatları həftə ərzində 9,5 milyon barrel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 9,5 milyon barrel azalaraq 5 iyul tarixinə 458,99 milyon barrelə çatıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi bildirib. 

Bildirilir ki, analitiklər ehtiyatların 2,9 milyon barrel azalmasını gözləyirdi. 

 

Londondakı ICE birjasında 2019-cu ilin sentyabr ayında Brent markalı neftin tədarükünə dair fyuçerslərinin kotirovkaları 66,06 dollara qədər yüksəlib.