| Xəbər 641 dəfə oxunub
Bakıda akrobatika üzrə dördqat Avropa çempionu intihar edib -YENİLƏNİB

Avropa çempionu olan gimnastımız intihar edib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.

***

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Nizami rayon Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü Məmmədova Aysel Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qız 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır, onun hansı səbəbdən intihar etməsi məlum deyil.