| Xəbər 846 dəfə oxunub
Bakıda sərnişin avtobusda yıxılaraq xəsarət alıb

Bakıda sərnişin avtobusda yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, “28 Mall” ticarət mərkəzinin yaxınlığında, 61 nömrəli marşrut avtobosunda baş verib. 1961-ci il təvəllüdlü Nəzərova Sevda Bəyağa qızı sürücünün əyləci qəfil basması səbəbindən yıxılaraq xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.