|
Aİ Şurasının prezidenti : “Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb”

“Bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

D. Tusk əlavə edib ki, bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmaq olmaz: “Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.

Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb. Mən Azərbaycanın Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözləyirəm”.