| Xəbər 1231 dəfə oxunub
20 yaşlı aktyorun ölüm səbəbi bəlli oldu

İyulun 7-də vəfat edən 20 yaşlı aktyor Kameron Boysun ölüm səbəbi bəlli olub.

Axşam.az xəbər verir ki, onun epiletsiyadan əziyyət çəkdiyi bildirilib. Bu haqda Kameronun yaxınları məlumat verib.

 

Tez-tez qıcolmaları tutan aktyor xəstəliklə mübarizə aparır, daim müalicələr alırmış.

Qeyd edək ki, qonşusu Kameronu evində ölü vəziyyətdə tapıb. Hadisə yerinə gələn həkimlər "Disney"in ulduzunun həyatını xilas edə bilməyiblər.