| Xəbər 746 dəfə oxunub
Tuba Büyüküstün yenə sevənlərinin gözünü yolda qoydu

Növbəti mövsümdə yeni serialla efirlərə qayıtması gözlənən aktrisa Tuba Büyüküstün pərəstişkarlarını üzəcək qərar verib.

 

Axşam.az xəbər verir ki, "Ay Yapım"ın sahibi Kerem Çatay Kenan İmirzalıoğlu ilə Tubanı eyni ekran işində bir araya gətirmək üçün onlara təklif göndərib. Son olaraq isə Saruhan Hünellə Büyüküstünün eyni serialda bir araya gələcəyi yazılıb.

Bütün bu iddialara son qoymaq üçün aktrisa açıqlama yayıb. O, bu ərəfədə heç bir serialda rol almayacağını deyib. Büyüküstün serialdan əvvəl bir filmlə tamaşaçı qarşısına keçmək istəyir. Ferzan Özpetek və Çağan Irmakla yanaşı daha üç rejissordan təklif alan aktrisa ürəyinə yatan bir layihəyə "hə" deyəcəyini söyləyib.