| Xəbər 1249 dəfə oxunub
Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Afrika Millətlər Kubokunun 1/8 final matçında Tunis Qana komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Əlavə vaxtda qol vura bilməyən tərəflər münasibətə penaltilərdə aydınlıq gətiriblər.

Penaltilər seriyasında daha dəqiq olan Tunis rəqibini 5-4 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

 

Beləliklə, 1/4 finalda Tunis Madaqaskar komandası ilə üz-üzə gələcək.