| Xəbər 779 dəfə oxunub
"Azərişıq" güclü küləklə bağlı cənub bölgəsində qabaqlayıcı tədbirlər görür

Cənub bölgəsində güclü külək başlayıb.

Bu barədə Trend-ə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda əsasən Cəlilabadda və Biləsuvarda güclü külək müşahidə edilir: ""Azərişıq" ASC-nin əlaqədar qurumları elektrik enerjisində fasilələr yaranmamaq üçün qabaqlayıcı tədbirlər görülür".

T.Mustafayev bildirib ki, hazırda 199 Çağrı Mərkəzi 24 saat xidmət göstərir: "Fərdi qaydada belə problem olarsa, əməkdaşlar operativ aradan qaldırmağa hazırdır. Əlavə mal-material, maşın mexanizmlər hazırlığı görülüb".