| Xəbər 598 dəfə oxunub
Balakən sakini sərxoş vəziyyətdə avtomobili qaçırıb divara çırpdı

İyulun 8-də Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mersedes” markalı avtomobil aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla həmin avtomobilin rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olduğu müəyyən edilsə də, ancaq onun Balakən şəhər sakini Abdulla Qarayev tərəfindən qaçırıldığı aşkar olunub. İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N. Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.