| Xəbər 722 dəfə oxunub
"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzalayıb

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini artırıb.

Trend-in məlumatına görə, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacağı bildirilib.

Xatırladaq ki, F.Terim 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.