| Xəbər 1451 dəfə oxunub
Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.