| Xəbər 603 dəfə oxunub
Yaponiya nümayəndə heyəti ETSN-də olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Koorporasiyasının icraçı direktoru Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabr ayında keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.