| Xəbər 556 dəfə oxunub
İsmayıllıda “AzSamand” markalı avtomobil yanıb

İsmayıllı rayonunda “AzSamand” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.