| Xəbər 1134 dəfə oxunub
Ağcabədidə ferma yanıb

Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Salmanbəyli kəndində ümumi sahəsi 1050 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 480 m² sahədə, içərisinə yığılan 30 ton ot bağlamasının 10 tonu və yaxınlıqda ümumi sahəsi 222 m² olan qamışdan ibarət tövlə yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.