| Xəbər 1238 dəfə oxunub
Azərbaycanlı gimnast Universiadada qızıl medal qazanıb
İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası keçirilir. Azərbaycan Gimnastika Federasiyasında Trend-ə verilən məlumata görə, 17 idman növünün təmsil olunduğu turnirdə bu gün idman gimnastikası üzrə final yarışları baş tutub. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə 14 tam xal toplayaraq, qızıl medal qazanıb. Qeyd edək ki, yarışlarda 28 ölkədən 51 idmançı iştirak edib. Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülükdə mübarizə apararaq, 79.600 xalla 11-ci yerdə qərarlaşıb. Bir neçə gün sonra isə Universiada çərçivəsində bədii gimnastika üzrə yarışlar start götürəcək. Yarışlarda ölkəmizi Zöhrə Ağamirova təmsil edəcək.