| Xəbər 4934 dəfə oxunub
Erotik yuxular nədən xəbər verir?

Dünyada elə bir adam yoxdur ki, ömründə bir neçə dəfə tanış və ya yad biri ilə röyada intim münasibət, erotik məzmunlu yuxu görməsin. Evdar qadından tutmuş rahibə kimi - heç kim bundan sığortalanmayıb.

Bəzilərinə bu yuxular xoş, bəzilərinə utancverici gəlir. Mən hara, filankəs hara düşünür.

Erotik bağlı ilə yuxularda statistika göstərir ki, insanlar daha çox işdə kolleqalarından biri ilə intim münasibətin olduğu yuxudan utanır və işdə özünü bir müddət qeyri-adi aparır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bəzi psixoloqların iddia etdiyi kimi, əgər tanıdığınız və heç bir yaxın münasibətiniz olmayan insanla yuxuda seks sizin şüuraltınızda, ürəyinizdə o insanla bağlı intim fikirlərinizin, arzularınızın olmasını göstərmir. Bu, izah yanlışdır.

Nyu -York seksoloqu Holli Riçmond yazır ki,  bu yuxuların reallıqla əlaqəsi yoxdur. Əgər yuxuda rəhbəriniz, direktorunuzla intim səhnələr görürsüzsə, bu o deməkdir ki, o sizi düşünür və ehtirasla arzulayır. Onun sizin yuxunuzdan xəbəri yoxdur. Bu, sadəcə yuxudur.
Lakin ayrılıqda təhlil etdikdə belə yuxuların yalnız yuxugörənin psixologiyası və hətta səhhəti ilə bağlılığı var və dərin mənası ola bilər. Erotik yuxuların əslində nədən xəbər verdiyini mütəxəssislər araşdırıb. Onlar ən çox görülən populyar erotik süjetləri araşdırıb. Medicina.az erotik yuxularınızın açarını təqdim edir.

MÜDİRLƏ YUXU

Müdiri, rəhbəri ilə intim yuxular görən insandan nə müdirin xoşu gəlir, nə də həmin insanın müdirdən. Siz yuxuda nifrət etdiyiniz rəhbərlə belə intim süjetdə ola bilərsiz. Əksinə bu o deməkdir ki, yuxugörənin rəhbərliklə problemləri var və ya olacaq.

Müdirlə intim əlaqə o deməkdir ki, işdə özünüzü qurban kimi hiss edir, sizə təpki var, daxilinizdə rəhbərliyə qarşı passiv aqresiya kök salıb və siz bu narazılığı açıq -aşkar bildirə bilmirsiz. Sizə hətta rəhbərlikdən bildiyiniz, amma kollektivdən bir neçə nəfərin də təzyiqi ola bilər. Bir sözlə, siz ürəyinizdə işlə bağlı rəhbərliyi  "asıb-kəsirsiz", lakin özünüzü zəif, yazıq kimi aparırsız

Zəhləniz gedən biri ilə yuxuda seks

Bu yuxu sizə düşünmək, fikirlərinizi bir daha təhlil etmək üçün siqnaldır. Nəyə görə bu insanı görən gözünüz yoxdur? Axı o sizə nə edib? Əgər bu insan sizə ciddi pislik etməyibsə, deməli bu insanın sizə davranışı sizin özünüzə olan mənfi münasibətinizi, inamsızlığınızı üzə çıxarır. Doktor Riçmand deyir ki, adətən biz özümüzü uğursuz, lazımsız hiss etdirən insanlara nifrət edirik.
 
Bu yuxular sizin şüuraltınız bu fikiri reabilitasiya etməyə, sizi müalicə etməyə çalışıır. O adamla intim münasibət sizə imkan verir ki, ona gücünüzü göstərəsiz, onu ram edəsiz və onun üzərində hökmranlığı ələ alıb, əslində o adamın sizə təhlükəli olmadığını anlayasız.

Eks sevgili və ya yoldaşınızla yuxu

 

Həyatınızdan çıxan, gözünüzə görünməyən, amma xatirələnizdə xeyli iz qoyan bir insanla intim yuxu ən gözləniləndir.  Əgər onunla ayrılıq yaxın müddətdə baş veribsə, deməli, qəlbən hələ ona bağlısız, aranızda şüuraltı və energetik bağlar qalıb.

Uzun illər əvvəl ayrıldığınız şəxsdirsə, bu o demək deyil ki, o sizi düşünüb, darıxır və münasibətləri bərpa etmək istəyir.  Doktor Riçmand bunun izahını belə verir: "Bu o deməkdir ki, sizin aranızda tamamlanmamış yarımçıq bir məsələ, deyilməmiş söz və qaranlıq məqam qalıb və bu ikinizdən birinə rahatlıq vermir.  Belə yuxular həm də indiki münasibət və intim partnyorunuzun sizi qan etmədiyini, maraqsız olduğunu göstərir.
Şüur sizi yuxuda əvvəlki xoş anlara aparıb, öz istəyini bu yolla təmin edir.

Eynicinsliylə əlaqə

Heteroseksual xarakterli yuxular yuxugörənin cinsi oriyentasını göstərmir. Çoxu bunu belə yozur ki, əslində belə yuxu görən gizli olaraq əsl üzünü və istəyini gizlədir. Bu cür yuxular yenilik kimi qəbul olunmalıdır. Daha çox intim münasibətdə bağlılığı, qadağaları, özünə maneələr qoyan adamlar bu yuxuların əsiri olur. Bu yuxu o deməkdir ki, hisslərinizi cilovlamamalı, qapıları geniş açmalı və utanmamalısız. Eyni cinslə intim əlaqə sizi bir az abırsızlışdırmaq üçün şüurunuzun tənbeh metodudur.

Məşhurlarla seks

Yuxuda Bred Pitt və Leonardo Di Kaprio, Ancelina Coli ilə seks insana seksual güc verir, özünə əminlik verir, real həyatda çatışmayan boşluqları doldurur.  Mütəxəssislər bildirir ki, belə yuxuları görənlər əslində xoşbəxtdir. Yuxudan oyanan kimi yuxu gördüyünüzdən məyus olmayın, yuxunun xoş təəssüratından həzz alın. Çalışın real həyatda da intim həyatı rəngarəng edin.

İctimai yerdə seks

Heç kim həyatda belə bir riski etməz, amma ürəyindən keçirər. Belə yuxu görmək o deməkdir ki, yataqda eksperimentlər etməyin vaxtıdır.  Küçədə, adam çox olan yerdə intim süjetlərlə dolu yuxu həm də onu göstərir ki, siz pastnyorunuzdan çox narazısız, az qala üsyan edəsiz. İstəklərinizi, tələblərinizi qarşılıqlı söhbət edərək izah etməlisiz.
 
Amma istisna edilmir ki, belə yuxular həqiqətən insanların baxışları altında və ictimai yerdə seks arzulayanların da gizli arzusunun əksi ola bilər. Yenə də burda utanılası bir şey yoxdur, bu sadəcə yuxudur.