|
Taylandda turist qorxu filminə baxarkən ölüb

Pattayada britaniyalı turist kinoteatrda qorxu filminə baxarkən ölüb.

Trend-in Daily Mail-ə istinadən verdiyi məlumata görə, 77 yaşlı Bernard Çenninq "Annabelin lənəti 3" adlı filmi izləyib.

Film sona çatıqdan sonra Çenninqin nəfəs almadığı məlum olub. Dərhal təcili yardım çağırılıb, lakin gec olub. 77 yaşlı turist nədən öldüyü məlum olmayıb. Monita Pxenqrat adlı yerli sakin bildirib ki, kinoteatrda olanlar şoka düşüblər. Onlar cəsədin yanında uzun müddət oturduqlarından qorxublar.