|
Nesta "Frozinone" klubunun baş məşqçisi oldu

İtaliya yığmasının heyətində DÇ-2006-nın qalibi olan Alessandro Nesta "Frozinone" klubunun baş məşqçisi təyin edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 43-yaşlı mütəxəssislə razılaşma iki il müddətinə nəzərdə tutulub. İtaliyalının rəsmi təqdimatı iyunun 19-u baş tutacaq.

Qeyd edək ki, "Frozinone" italiyalı mütəxəssisin baş məşqçilik edəcəyi 3-cü klubdur. Daha əvvəl A.Nesta "Mayami" (ABŞ) və "Perucu" (İtaliya" klublarının baş məşqçisi vəzifəsində çalışıb.

"Frozinone" ötən mövsüm Seriya A-da çıxış edib, lakin turnir cədvəlində 19-cu yerdə qərarlaşaraq İtaliya çempionatının yüksək divizionundan kənarda qalıb.

 

A.Nesta futbolçu karyerası zamanı İtaliyanın "Latsio" və Milan, Kanadanın "Monreal" vı Hindistanın "Çennayn" klublarında çıxış edib. Müdafiəçi üçqat İtaliya çempionu, üçqat İtaliya Kuboku və Superkubu, Kuboklar Kubokunun sahibidir, ikiqat UEFA Çempionar Liqası Super Kubokunun qalibi, həmçinin Klublar arası Dünya Çempionatının qalibidir. İtaliya yığmasının heyətində A.Nesta 2000-ci ildə Avropa Çempionatının gümüş medalçısı və 2006-cı ildə dünya çempionu olub.