| Xəbər 2820 dəfə oxunub
Hindistanda həkimlər tətilə çıxdılar - SƏBƏB maaş deyil...

Hinditsanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib.

Trend-in məlumatına görə, tətil edənlərin tələbi tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir.

Məlumata görə, tətilə ayrı-ayrı ştatlardan tibb heyəti qoşulub, yalnız Maxaraştra ştatında tətilə qoşulanların sayının 4,5 min nəfər olduğu bildirilir.

Tətil təşkil edənlər bu gün ölkədə yalnız təcili tibbi yardıma ehtiyacı olanlar üçün xidmət göstəriləcəyini bildiriblər, xəstəxanalarda isə ümumilikdə iş dayandırılıb.