|
"İnstagram"ın fəaliyyətində nasazlıq yaranıb

"İnstagram" sosial şəbəkəsinin fəaliyyətində nasazlıq aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə sosial şəbəkələrin işini araşdıran "Downdetector" saytı bildirib.

Qeyd edilir ki, sosial şəbəkə istifadəçilərinin 80 faizi eyni vaxtda lenti yeniləyə bilmir, daha 9 faiz proqrama düşə bilməmələrindən şikayət edir.

Sosial şəbəkənin fəaliyyətində problemlər ən çox ABŞ-ın şərq sahili ərazisində və Kaliforniyada, həmçinin Avropada qeydə alınıb. Həmçinin Latın Amerikası və Asiyanın böyük şəhərlərinin sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər.

Qeyd edək ki, bu, sosial şəbəkənin işində son vaxtlar aşkar edilmiş növbəti çatışmazlıqdır. Mayın 2-də də "İnstagram" sosial şəbəkələrinin fəaliyyətində problem yaranıb.