| Xəbər 1380 dəfə oxunub
Xamneyi: ABŞ İranda quruluşu dəyişə bilməyəcək

ABŞ İranda mövcud quruluşu dəyişə bilməyəcək.

Trend-in məlumatına görə, bunu İranın ali lideri Əli Xamneyi deyib.

O bildirib ki, ABŞ 40 il ərzində İslam Respublikasının öhdəsindən gələ bilməyib:

 

“Əgər onlar həqiqətən də İranda rejimi dəyişmək məqsədi güdürsə, buna gücləri çatmayacaq. 40 il ərzində ABŞ prezidentləri İran İslam Respublikasını məhv etmək istəyib, amma bacamayıblar”.