| Xəbər 1745 dəfə oxunub
Si Cinpin Qırğızstana dövlət səfərinə gedib

Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstanın paytaxtı Bişkekə dövlət səfərinə gəlib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğız Respublikasına dövlət səfərinə gəlib".

 

Qeyd edilir ki, Manas beynəlxalq hava limanında Si Cinpini Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov qarşılayıb: "Səfər çərçivəsində ÇXR sədri Si Cinpin prezidenti Sooronbay Jeenbekov ilə geniş tərkibdə görüş keçirəcək. Görüşün yekunları üzrə bir sıra ikitərəfli sənəd imzalanacaq".