| Xəbər 1642 dəfə oxunub
Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq bildirildi, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq məsələlərindən danışıldı.