| Xəbər 1414 dəfə oxunub
Qazaxıstanın yeni Prezidenti Tokayevin inauqurasiyası başlayır

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, K.Tokayev artıq Nur-Sultana, inauqurasiya mərasimi baş tutacaq Müstəqillik sarayına gəlib.

Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

 

K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb.