| Xəbər 1058 dəfə oxunub
Bakıda 6 obyektdə yeniyetmələrə tütün məmulatı satan şəxslər cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının rayonlar ərazisində keçirdikləri reydlər nəticəsində köşk və mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Sabunçu rayonu ərazisində 4, Nizami rayonu ərazisində isə 2 köşk və mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.