| Xəbər 1057 dəfə oxunub
Yenə biçilməmiş taxıl sahəsi yandı - Ağsuda

Ağsu rayonunun Qaraqaşlı kəndində 0,8 ha biçilməmiş taxıl sahəsi və 0,7 ha sahədə quru ot yanıb.

Trend-ə FHN-dən verilən məlumata görə, ərazidəki digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.