| Xəbər 1216 dəfə oxunub
Mərdəkanda rəqs müsabiqəsi keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 iyun tarixlərində Mərdəkan Mədəniyyət Sarayında rəqs müsabiqəsi keçirilib.

Trend-in məlumatına görə, müsabiqənin münsiflər heyətinin tərkibinə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqası Ramin Hüseynov, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqasəsi Nigar Hüseynova, rəqs müəllimi Abid Aslanov və musiqiçi-təşkilatçı Həcər İsrafilova daxildir.

Müsabiqədə “Səma”, “New life”, “Bolnis Stars”, “Fidan”, “Aysel”, “İncəsənət” rəqs qrupları və rəqqasələr Melinq Zlata, Melinq Sofiya iştirak ediblər.

 

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I yerə “Səma” rəqs ansamblı, II yerə Melinq Sofiya, III yerə “Aysel” rəqs qrupu layiq görülüb. Qaliblər Baş İdarənin Diplomları ilə təltif olunublar.