| Xəbər 1477 dəfə oxunub
Britaniyanın baş naziri vəzifəsi üçün 10 namizəd mübarizə aparacaq

Böyük Britaniyada hakim Konservativ partiyanın rəhbəri və ölkənin baş naziri vəzifəsi üçün 10 namizəd mübarizə aparacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, baş nazir olmaq üçün Boris Conson, Ceremi Hant, Rori Stüart, Mett Henkok, Ester Makvey, Dominik Raab, Andrea Lidsom, Maykl Qouv, Sacid Cavid və Mark Harper öz namizədliklərini irəli sürüblər.

Bukmekerlər və siyasətçilərin proqnozlarına görə, B.Conson, C.Hant, D.Raab və M.Qouv qalibiyyətə daha yaxndırlar.