| Xəbər 1361 dəfə oxunub
Komandor adaları sahillərində 5,1 bal gücündə zəlzələ olub

Sakit okeanda, Komandor adaları sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Mednı adasından 50 kilometr cənub-şərqdə, ocağı isə 17,8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.