| Xəbər 1473 dəfə oxunub
Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir - "Albiyon" və "Salandreas"

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir.

Bu barədə Trend-ə sahibkar Rafət Abbasov açıqlama verib.

Sahibkar bildirib ki, Cəlilabad rayonunda xaricdən gətirilərək yetişdirilən yeni növ çiyələklərin məhsuldarlığı da yüksəkdir. Yeni növlər Türkiyədən gətirilir:

"Bunlar "Albiyon" və "Salandreas" növləridir. Bu sortların isə dayanıqlığı yüksəkdir. Bu vaxta qədər əsasən "Viktoriya" növü becərilirdi. Düzdür, bu növ də məhsuldardır. Amma bu çiyələkləri xaricə ixrac edə bilmirdik. "Viktoriya" növü hektara 30-35 ton məhsul versə də, dayanıqlığı zəif olduğu üçün yalnız yerli bazar üçün nəzərdə tutulur".

 

R.Abbasovun sözlərinə görə, çiyələk yığımına istixana şəraitində mart ayından başlanılır: "Açıq hava şəraitində yetişdirilən çiyələklərin yığılmasına aprelin sonlarından başlanıb. Yığım hava şəraitinə uyğun olaraq noyabr ayına qədər davam edəcək".