|
Silahlılar Latakiya və Hələbi atəşə tutublar

Suriyada silahlılar Latakiya əyalətininin yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin bildirib: "Ötən sutka ərzində silahlılar Latakiya əyalətinin Əyn-Əl-Hanzir, Raşa, Sandran, Hamrat, Mükəttəl, Əyn-Əl-Əşrə, Dərx-Əbu-Əsəd, Royset-Ruşu, Nahşebba və Kara Qaliya yaşayış məntəqələrini, Hələb şəhərinin isə Hara və Binyamin rayonlarının atəşə tutublar".