| Xəbər 1423 dəfə oxunub
Bu il 265.3 mln. manat məbləğində sığorta haqları toplanıb

2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66.7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 176.2 mln. manat, ödənişlər isə 43.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub.

2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.

2019-cu ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.