| Xəbər 1451 dəfə oxunub
Şəkidə yanğın olub

Şəkidə yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Sarıca kəndində "T-28" markalı traktorun qoşqusu və qoşqusuna yığılan 20 ton ot bağlamasının 11 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.