| Xəbər 1760 dəfə oxunub
Türkiyədə yol qəzasında ən az 20 nəfər yaralanıb

Türkiyədə iki sərnişin avtobusu və iki avtomobilin iştirak etdiyi yol qəzasında ən az 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, qəza, Adana vilayətinin Tarsus-Adana-Qaziantep yolunda baş verib.

Hadisə yerinə çox sayda təcili yardım avtomobilləri göndərilib.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.