| Xəbər 1342 dəfə oxunub
İnsan alverindən zərər çəkənlərə verilən müavinətin məbləği artırılıb

"İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” 2006-cı il 17 iyun tarixli qərara dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət 700 manata qədər artırılıb.