| Xəbər 787 dəfə oxunub
Tərtərdə zəlzələ olub

Tərtər rayonunda 3,4 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 22:23-də Bərdə stansiyasından 9 km qərbdə qeydə alınıb.

Dərinliyi 26 km olan yeraltı təkanlar hiss olunmayıb.