| Xəbər 1001 dəfə oxunub
Sumqayıtda piyadanı avtomobil vurub, sürücü qaçıb

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında şəhərin Ağa Quliyev küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada - 1966-cı il təvəllüdlü Sədiqə Əhmədovanı naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan piyada təcili tibbi tardım maşını ilə xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.