| Xəbər 1211 dəfə oxunub
Slovakiya millisi Bakıya itki ilə gəlib

Slovakiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün Bakıya itki ilə gəlib.

"Report"un məlumatına görə, bu barədə millinin baş məşqçisi Pavel Hapal açıqlama verib.

50 yaşlı mütəxəssis bildirib ki, yarımmüdafiəçi Miroslav Stox səhhəti ilə əlaqədar səfərə çıxmayıb. O, 30 yaşlı oyunçunun üzləşdiyi virusun digər oyunçulara keçməməsi üçün bu addımı atdığını söyləyib.

Daha əvvəl Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benes də 29 nəfərlik heyətdən çıxarılıb. Beləliklə, Slovakiya millisi 3 qapıçı və 20 meydan oyunçusu ilə Bakıya gəlib.

İyunun 11-də "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.