| Xəbər 1671 dəfə oxunub
Sürücülər! Bu yollarda rənglənmə var

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Novxanı-Pirşağı avtomobil yolunda və Xaçmaz-Xudat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur