| Xəbər 1090 dəfə oxunub
Arda Turan ilk dəfə oğlunu göstərdi - Fotolar

Ötən il oktyabrda ata olan futbolçu Arda Turan və həyat yoldaşı Aslıhan Doğan Turan oğulları ilə bağlı qoyduqları qadağanı pozublar.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazan bayramı münasibətilə İnstaqram hesabında təbrik yazan cütlük oğulları Həmzənin şəklini də ilk dəfə izləyiciləri ilə bölüşüblər.

Qeyd edək ki, Arda ilə Aslı ötən il martda evlənib. Onların nikah şahidi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.