| Xəbər 1935 dəfə oxunub
Polşa Avropa Oyunlarını qəbul edəcək

Polşa 2023-cü ildə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. Avropa Olimpiya Komitəsi təsdiq edib ki, Polşa bu oyunları keçirməyə namizəd göstərilən yeganə ölkə olub.

AZƏRTAC xəbər verir ki, 2023-cü ildəki yarışların keçirilməsi üçün Polşa Krakov və Malopolski regionlarını seçilib.

Ərizələrin təqdimatı üçün son tarix mayın 31-i idi. Polşanın oyunların keçiriləcəyi növbəti ölkə olması barədə rəsmi qərar iyunun 22-də Minskdə veriləcək.

İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, ikinci isə bu il Minskdə baş tutacaq.