|
Hollandiya Millətlər Liqasının finalına yüksəlib

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinin ikinci yarımfinal qarşlaşması keçirilib.

Trend-in məlumatına görə, "Afonso Enrikiş" stadionunda keçirilən oyunda Hollandiya və İngiltərə yığmaları qarşılaşıblar.

Oyun Hollandiya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Markus Reşford (32-ci dəqiqə), Matteys de Liqt (73-cü dəqiqə), Kayl Uoker (97-ci dəqiqə, avtoqol) və Kvinsi Promes (114-cü dəqiqə).

Qeyd edək ki, turnirin və üçüncü yerin qalibi iyunun 9-da müəyyənləşəcək.