| Xəbər 1761 dəfə oxunub
Buffon karyerasını İtaliyada davam etdirə bilər

Fransanın PSJ klubunu tərk edən qapıçı Canluici Buffon karyerasını İtaliyada davam etdirə bilər.

"Report" xəbər verir ki, 41 yaşlı futbolçu "Breşiya"dan təklif alıb.

Həmçinin italiyalının agenti bildirib ki, Buffonun karyerasını "Latsio" və "Cenoa"da da davam etdirmək variantları var.